...

Kiyevdə 20 yanvar şəhidlərinin xatirəsi anılıb (FOTO)

Dünya xəbərləri Materials 20 Yanvar 2013 17:12 (UTC +04:00)
Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) təşkilatçılığı ilə Kiyev şəhərində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Kiyevdə 20 yanvar şəhidlərinin xatirəsi anılıb (FOTO)

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) təşkilatçılığı ilə Kiyev şəhərində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Trend-in məlumatına görə, bu barədə bazar günü UAK-dan bildirilib.

Ukraynada yaşayan bir sıra xalqların diaspora təşkilatları rəhbərlərinin və media nümayəndələrinin qatıldığı mərasimdə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli çıxış edərək 23 il bundan öncə canlarını dövlət müstəqilliyimiz yolunda fəda etmiş oğul və qızlarımızın qəhrəmanlıq şücaətindən bəhs edib. 20 yanvar faciəsini totalitar sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirtdiyi bəşəri cinayət adlandıran səfir bu tarixi həmçinin xalqımızın şərəf və şan səlnaməsi adlandırıb.

Sonra sovet ordusunun 1990-cı ilin 20 yanvar gecəsində azərbaycanda törətdiyi tarixi cinayətləri özündə əks etdirən sənədli film nümayiş etdirilib.

Mərasimdə Ukrayna Azərbaycanlıları Konqresinin rəhbəri Rövşən Tağıyev, Azərbaycan diasporunun ağsaqqallar şurasının sədri Firudin Məmmədov, diaspora fəalları Vilayət Quliyev, Əbülfəz Qasımov, Bakı Slavyan Universitetinin Kiyev linqivistik İnstitutundaki Azərbaycan dili və Mədəniyyət mərkəzinin rəhbəri, professor Rafiq Novruzov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov qanlı 20 yanvar faciəsinin əsl günahkarı olan Mixail Qarbaçovun beynəlxalq məhkəmə qarşısında cavab verməsinin vacibliyini vurğuladılar, xalqımızın haqq səsinin böğulduğu bir zamanda Azərbaycanın rusiyadakı nümayəndəliyinə gələrək totalitar sovet rejiminin törətdiyi bəşəri cinayətin dünya ictimaiyyətinə çatdırılmasında Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıblar.

Tədbirdə çıxış edən Ukrayna Yəhudilər Forumunun prezidenti Arkadi Manastrski və digər ictimai təşkilatların rəhbərləri aradan 23 il ötməsinə baxmayaraq 20 yanvar vaciəsini törədənlərin hələdə cinayət məsuliyyətinə cəlb edilməməsini tarixi ədalətsizlik kimi dəyərləndiriblər. Azərbaycanın dövlət müstəqilliyi uğrunda canlarından keçən qəhrəman oğul və qızlarımızın xatirəsinin heç zaman unudulmayacağını, bu faciəli tarixin gələcək nəsillərə əsl örnək olacağını vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti