...

Ermənistanın və Rusiyanın Baş nazirləri Moskvada görüşəcəklər

Dünya xəbərləri Materials 23 Yanvar 2013 10:03 (UTC +04:00)
Ermənistanın və Rusiyanın Baş nazirləri Tiqran Sarkisyan və Dmitri Medvedev ikitərəfli münasibətlərin gündəliyindəki məsələləri müzakirə etmək üçün Moskvada görüşəcəklər.
Ermənistanın və Rusiyanın Baş nazirləri Moskvada görüşəcəklər

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Ermənistanın və Rusiyanın Baş nazirləri Tiqran Sarkisyan və Dmitri Medvedev ikitərəfli münasibətlərin gündəliyindəki məsələləri müzakirə etmək üçün Moskvada görüşəcəklər. Trend-in məlumatına görə, bu barədə "Mediamaks" yazır.

Belə razılaşma yanvarın 22-də iki ölkənin hökumət rəhbərlərinin telefon danışığı zamanı əldə olunub.

"Tərəflər telefon danışığı zamanı ikitərəfli münasibətlərin gündəliyindəki məsələləri müzakirə ediblər, habelə regional inkişaf haqqında fikir mübadiləsi aparıblar", - hökumətdən bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti