Azərbaycan, Bakı, 24 mart /Trend/
Nüvə silah və radioaktiv çirklənmə üzrə mütəxəssislər rusiyalı biznesmen Boris Berezovskinin öldüyü məkanın tədqiqatlarına qoşulublar. Bu barədə RİA Novosti xəbər agentliyi Temz-Velli polis idarəsinə istinadən məlumat verir.
Rus biznesmeni Boris Berezovski şənbə günü 68 yaşında vəfat edib. Berezovskinin cəsədini onun Berkşır qraflığında yerləşən evində tapıblar.