Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbirlər E.Tariverdiyeva, D.Xatınoğlu/
İran Almatıda "altılıq" ölkələri ilə nüvə problemi ilə bağlı keçirilən görüş zamanı ABŞ nümayəndələri ilə birbaşa danışıqlar aparmayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı iranlı diplomatik mənbələrə istinadən "İSNA" agentliyi xəbər yayıb.
Dava əvvəl bəzi İran KİV xarici informasiya agentliklərinə istinadən bilidiriblər ki, İranın nümayəndə heyətinin üzvləri Almatıda "altılıq" ölkələri ilə keçirilən görüşün kuluarları zamanı ABŞ-la birbaşa danışıqlar aparıblar.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Alan Eyr cümə axşamı Trend-in bu sualını şərh etməkdən imtina edib.
Xatırladaq ki, İranın ali lideri Ayətullah Əli Xamenei Novruz bayramı təntənələri zamanı bildirib ki, ABŞ-la birbaşa danışıqların əleyhinə deyil, ancaq əlavə edib ki, onların nəticəsi ilə bağlı nikbin fikirdə deyil.