...

Ermənistanda mavi yanacaqdan sonra elektrik enerjisi də bahalaşacaq

Dünya xəbərləri Materials 22 May 2013 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend /

Hesablamalara görə, Ermənistanda qazın qiymətinin artırılması elektrik enerjisinin orta hesabla 30 faiz bahalaşması ilə nəticələnəcək. Trend-in məlumatına görə, bu barədə Ermənistanın energetika və təbii resurslar naziri Armen Movsisyanın çıxışına istinadən "Armenianreport" saytı xəbər yayıb.

Onun sözlərinə görə, elektrik enerjisinin maya dəyərində qazın tərkibi əhəmiyyətlidir və respublikada istehsal olunan elektrik enerjisinin 42 faizi İES-in payına düşdüyündən qiymətlərin artımı qaçılmazdır. Hazırda tənzimləyici orqan daha dəqiq hesablamalar aparır və son qiymət qazın qiymətinə ediləcək dəyişikliklər əsasında elan ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti