...

"Cenevrə-2" konfransında Suriyanı xarici işlər naziri təmsil edəcək

Dünya xəbərləri Materials 30 May 2013 01:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend/

Suriyanın xarici işlər naziri Valid Muallem çərşənbə günü bildirib ki, Suriya münaqişəsinə son qoymaq məqsədilə, o, "Cenevrə-2" beynəlxalq konfransda ölkəsini təmsil edəcək. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Assoşieyted Press agentliyinin məlumatına görə, Muallem bildirib ki, Suriya hökuməti konfransda iştirak üçün heç bir ilkin şərt irəli sürməyəcək.

30 iyun 2012-ci il Cenevrədə görüşün davamı olan Suriya üzrə konfransın keçirilməsi təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Serqey Lavrov və ABŞ Dövlət Departamentinin başçısı Con Kerri mayın əvvəlində çıxış ediblər.

Suriya müxalifətini dəstəkləyən və "Suriyanın dostları" qrupuna daxil olan ölkələr bu tədbirə dəstək veriblər.

Cenevrədə konfransın iyunun 30-da keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti