...

Daxili işlər naziri: Gezi parkının ətrafında hadisələrlə əlaqədar 7 əcnəbi saxlanılıb

Dünya xəbərləri Materials 7 İyun 2013 00:22 (UTC +04:00)
Türkiyənin daxili işlər naziri Muammer Güler bildirib ki, Gezi parkının ətrafında hadisələrlə əlaqədar İstanbulda 6 nəfər, Ankarada isə 1 nəfər olmaqla yeddi xarici vətəndaş saxlanılıb.
Daxili işlər naziri: Gezi parkının ətrafında hadisələrlə əlaqədar 7 əcnəbi saxlanılıb

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Türkiyənin daxili işlər naziri Muammer Güler bildirib ki, Gezi parkının ətrafında hadisələrlə əlaqədar İstanbulda 6 nəfər, Ankarada isə 1 nəfər olmaqla yeddi xarici vətəndaş saxlanılıb. Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.

Nazir deyib ki, saxlananlardan iki nəfəri Fransa, biri Yunanıstan, biri ABŞ, biri AFR və ikisi İran vətəndaşıdır.

İstanbulun Gezi parkında ağacların kəsilməsinə qarşı etiraz aksiyalarının dalğasında yaranmış qarışıqlıqların gedişatında cəmi 915 nəfər xəstəxanaya yerləşdirilib.

Məlumatlara görə, bu gün xəstəxanalarda 79 nəfər müalicə alıb, 8 nəfər intensiv terapiya palatasındadır, onlardan 4-nün vəziyyəti son dərəcə ağır kimi qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti