...

Misir Prezidenti Mursi öz postunda qalacaq

Dünya xəbərləri Materials 3 İyul 2013 04:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Misir Prezidenti Məhəmməd Mursi bildirib ki, müxalifətin istefaya getmək çağırışlarına baxmayaraq, ölkənin konstitusiyasına uyğun olaraq öz postunda qalacaq. Bu barədə Trend İA Novosti agentliyinə istinadən məlumat verir.

"Mən başqa cür hərəkət edə bilmərəm, xalq məni seçib, mən qanuniliyə riayət etmək niyyətindəyəm və sonra məsuliyyəti daşımağa hazıram", - Mursi dövlət telekanallarında translyasiya edilən xalqa müraciətində bildirib.

O vurğulayıb ki, yalnız misirlilərin əksəriyyətinin səs verdiyi konstitusiyaya riayət etməsi Misirə qan tökməkdən və zorakılıqdan qaçmağa kömək edəcək.

Misirin əsas problemlərində o, sabiq prezident Hüsnü Mübarək rejiminin yeni qanuni seçilmiş hakimiyyəti etibardan salmaq üçün sabotajla məşğul olan tərəfdarlarını ittiham edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti