Azərbaycan, Bakı, 29 iyul /Trend/
Yerevan meriyasının inzibati binası önündə bir neçə gün əvvəl başlamış etiraz aksiyası davam edir. Trend-in bazar ertəsi Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları Yerevan meri Taron Markaryanın istefasını tələb edirlər.
Binanı qoruyan polis əməkdaşları vaxtaşırı ərazini sulayırlar ki, etirazçılar oturaq aksiyaya keçməsinlər.
Qeyd edək ki, paytaxt sakinlərinin etirazına səbəb ictimai nəqliyyatda gediş haqqına görə tariflərin artırılması olub. İyulun 25-də bu qərarın icrası dayandırılsa da, etirazlar səngimir.