Gürcüstan, Tbilisi, 6 sentyabr / Trend, müxbir N.Kirtsxaliya /
Gürcüstan parlamentində həyəcan elan edilib, deputatların və əməkdaşların təxliyəsi aparılır.
Partiya sədrinin bəyanatına əsasən, cümə günü axşam parlamentin iclası zamanı parlament binasında bombanın qoyulması barədə məlumat daxil olub və deputatlar binanı tərk etməli olacaqlar.
Bu bəyanatdan sonra sessiya iclası dayandırılıb, deputatlar və parlamentin əməkdaşları təxliyə olunublar.
Bomba axtarmaq üçün hadisə yerinə istehkamçılar gəliblər.
Parlament perimetr üzrə polis tərəfindən mühasirəyə alınıb.
Qeyd etmək lazımdır ki, təxminən ay yarım bundan öncə parlament binasında artıq bomba axtarılıb, lakin tapılmayıb. O zaman ölkədə sosial siyasətin problemlərinə bu cür diqqəti cəlb etmək istəyən təqaüdçü saxlanılıb.