Azərbaycan, Bakı, 17 sentyabr / Trend /
Heç kim heç vaxt Türkiyənin sərhədlərini pozmağa cəsarət göstərə bilməz. Trend-in Anadolu agentliyinə istinadən, bu barədə ölkənin XİN rəhbəri Əhməd Davudoğlu bazar ertəsi mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, bu məsələ ilə bağlı bütün ehtiyat tədbirləri görülüb.
Türkiyə HHQ-nin təyyarələri Türkiyənin hava məkanını pozan, Suriya helikopterini vurublar. Bu barədə ölkənin baş nazirinin müavini Bülənt Arınç bazar ertəsi mətbuat konfransında bildirib, Anadolu agentliyi xəbər verir.
"Sərhədi pozmuş "Mİ-17" tipli Suriya helikopteri 14.25-də Malatyanın hərbi bazasından qalxan təyyarənin raketlərilə vurulub", - Arınç deyib.
Baş nazirin müavinin sözlərinə görə, Türkiyə hərbçiləri pilotları ölkənin hava məkanını tərk etməsi barədə bir neçə dəfə xəbərdarlıq ediblər.
"İndiyədək ekipaj barədə məlumat əldə etmək mümkün olmayıb, çünki helikopter Suriyaya tabe olan əraziyə düşüb", - Arınç deyib.