Azərbaycan, Bakı, 29 oktyabr /Trend/
Somalidə ABŞ-ın pilotsuz uçuş aparatının (PUA) zərbəsi ilə təxminən bir ay bundan əvvəl Keniyada ticarət mərkəzinə hücumun baş verməsində məsuliyyəti öz üzərinə götürən "Əş-Şabab" terror qruplaşmasının iki başçısı məhv edilib. Trend İTAR-TASS agentliyinə istinadən, bu barədə NBC teleşirkəti məlumat verir.
Onlardan biri "Əş-Şabab"ın Anta adı ilə tanınan partlayıcı maddələr üzrə eksperti olub. Dəstənin digər başçısının adı açıqlanmır.
KİV-in məlumatına görə, onların hər ikisi Somalinin Cilib şəhəri yaxınlığında avtomobildə olduğu zaman PUA-nın raket zərbəsi nəticəsində bazar ertəsi məhv ediliblər.