...

İranın cənubunda atışma zamanı iki nəfər həlak olub

Dünya xəbərləri Materials 3 Noyabr 2013 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr / Trend, müxbir N.Ümid /

İranın Hörmüzqan əyalətinin paytaxtında atışma nəticəsində iki nəfər ölüb. Trend İRNA agentliyinə istinadən bu barədə məlumat verir.

Hadisə ötən gecə Bəndər-Abbas şəhərinin meydanlarından birində baş verib.

"Sedan" markalı avtomobilə açılan atəş nəticəsində iki nəfər, o cümlədən bir qadın həlak olub.

Cinayət işi üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti