...

İran Prezidenti Buşəhrdə zəlzələdən ziyan çəkən bölgələrə baxış keçirəcək

Dünya xəbərləri Materials 30 Noyabr 2013 09:37 (UTC +04:00)
İran Prezidenti Həsən Ruhani noyabrın 28-də ölkənin Buşəhr əyalətində baş vermiş zəlzələ bölgəsinə səfər edəcək və zəlzələdən ziyan çəkən şəxslərlə görüşəcək.
İran Prezidenti Buşəhrdə zəlzələdən ziyan çəkən bölgələrə baxış keçirəcək

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir T.Cəfərov/

İran Prezidenti Həsən Ruhani noyabrın 28-də ölkənin Buşəhr əyalətində baş vermiş zəlzələ bölgəsinə səfər edəcək və zəlzələdən ziyan çəkən şəxslərlə görüşəcək. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.

Məlumata əsasən, Ruhani xilasetmə işləri ilə yaxından tanış olacaq və fəsadların aradan qaldırılması istiqamətində öz göstərişlərini verəcək.

İranın Buşəhr vilayətində Borazcan və Dəştistan şəhərində 5,7 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ nəticəsində 8 nəfər həlak olub, 190 nəfər isə yaralanmışdı. Həmçinin 300 -ə yaxın evə ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti