...

İran və 5+1 ölkələri Cenevrə sazişinin icrasına yanvarın sonunda başlayacaqlar

Dünya xəbərləri Materials 1 Yanvar 2014 09:19 (UTC +04:00)
Iran və 5+1 ölkələri Cenevrədə əldə olunmuş razılığın icrası ilə bağlı birgə raızılığa gəliblər və bu razılıq 2014-cü ilin yanvar ayının son 10 günlüyündə icra olunmağa başlayacaq.
İran və 5+1 ölkələri Cenevrə sazişinin icrasına yanvarın sonunda başlayacaqlar

Azərbaycan, Bakı, 1 yanvar /Trend, müxbir T.Cəfərov/

Iran və 5+1 ölkələri Cenevrədə əldə olunmuş razılığın icrası ilə bağlı birgə raızılığa gəliblər və bu razılıq 2014-cü ilin yanvar ayının son 10 günlüyündə icra olunmağa başlayacaq. Bu sözləri İranın xarici işlər nazirinin müavini Həmid Bəidinejad deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.

İran və 5+1 ölkələri arasında üçüncü dövr danışıqlar 2013-cü ilin dekabr ayının 30-da Cenevrədə başlayıb. Bu danışıqlar dekabrın 31-də səhər saat 7:00-da sona çatıb.

İranın Xarici İşlər Nazirliyinin beynəlxalq və siyasi məsələlər üzrə idarənin rəhbəri olan Bəidinejad həm də İran və 5+1 ölkələri ilə danışıqlarda İranlı komandanın başçısıdır.

Bəidinejad deyib ki, bu dövr müzakirələrdə nisbətən yaxşı nəticələr əldə olunub. "Hər iki tərəf Cenevrə sazişinin icrası üçün vahid mövqe və birgə razılığa gəliblər. Hazırda hər iki tərəfin baxışları bu məsələyə eynidir", - Bəidinejad deyib.

Bəidinejad bildirib ki, Cenevrə sazişinin icrasına başlandıqdan sonra müştərək komissiya təşkil olunacaq və həmin komissiyanın vəzifəsi sazişin icrasına nəzarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti