...

Ekspert: Azərbaycan və Türkiyə ilə sərhədlər açılmayanadək Ermənistan iqtisadiyyatı yaxşılaşmayacaq

Dünya xəbərləri Materials 13 Yanvar 2014 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan və Türkiyə ilə sərhədləri açılmayanadək və Ermənistan regional bazara, infrastruktur və kommunikasiyalar qovşağına çevrilməyənədək uzunmüddətli perspektivdə bu ölkənin iqtisadiyyatı yaxşılaşmayacaq. Trend-in məlumatına görə, bunu Karneqi Fondunun analitiki, Qafqaz məsələləri üzrə ekspert Tomas de Vaal "Azadlıq" radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, qısamüddətli perspektivdə qarşıda duran vəzifə mövcud potensialı maksimum dərəcədə istifadə etməkdir: "Məsələn, iri oliqarxları vergi verməyə məcbur etmək, öz gəlirindən dövlətə pay ayırmaq, kiçik sahibkarlığın inkişafı ilə məşğul olmaq, inhisarçılığı aradan qaldırmaq olar. Lakin bu da siyasi məsələlərlə bağlıdır, çünki söhbət hakimiyyətin dostları, qohumlar, etibarlı siyasi dayaqdan gedir".

T.de Vaal bildirib: "Ermənistan Prezidenti vəsifəsini tutmuş hər kəsin manevr üçün çox məhdud imkanları olması getdikcə aydın olur. Buna görə də Rusiya və digər xarici oyunçuların Ermənistan hakimiyyətinə təsir imkanları var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti