Azərbaycan, Bakı, 23 yanvar /Trend/
Kiyevin mərkəzində baş vermiş kütləvi iğtişaşlarla bağlı 70 nəfər milis şöbələrinə gətirilib. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin saytı çərşənbə günü xəbər verir.
"Paytaxtdakı kütləvi iğtişaşlarla əlaqədar, 70 nəfər Daxili İşlər şöbələrinə gətirilib. Onlardan otuz altı nəfəri Ukrayna CM-nin 294-cü maddəsi ilə ("kütləvi iğtişaşlar") açılmış cinayət işi çərçivəsində prosessual qaydada saxlanılıb.
Otuz dörd nəfərə artıq şübhə altında olması barədə bildirilib, on səkkiz nəfər barədə məhkəmə həbsdə saxlama qətimkan tədbirini seçib", - məlumatda deyilir.