Azərbaycan, Bakı, 23 yanvar /Trend/
Bazar günü Kiyevdə iğtişaşlar başlayandan təqribən 160 nəfər tibbi yardım üçün müraciət edib. Trend-in cümə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, səhər saatlarından müraciət edənlərin sayı 25 nəfər olub.
Tibbi yardım üçün müraciət edənlərin 72 nəfəri xəstəxanaya yerləşdirilib. Təcili və təxirəsalınmaz tibbi yardıma müraciət edənlər 25 nəfər olub. Onlardan 12 nəfəri müxtəlif travmalara görə xəstəxanaya yerləşdirilib.