Azərbaycan, Bakı, 25 yanvar / Trend /
İranın Yəməndəki səfirliyi paytaxt Sənada tapılmış başsız meyitin ötən il oğurlanmış İran diplomatik missiyasının əməkdaşının olması barədə məlumatı təkzib edir. Trend İranın İSNA agentliyinə istinadən bu barədə şənbə günü məlumat verir.
"Yəmənin hüquq-mühafizə orqanları əməkdaşımızı azad etməyə çalışırlar. Son məlumatlara görə, o, sağ və salamatdır", - səfirliyin rəsmisi deyib.
Xatırladaq ki, İran səfirliyinin əməkdaşı Nurəhməd Nikbaxt ötən ilin iyulunda Sənada evdən diplomatik missiyaya gedən zamanı oğurlanıb.