...

ABŞ-ın raket bazalarında hər beşinci zabit komandanlığını aldadıb

Dünya xəbərləri Materials 31 Yanvar 2014 01:47 (UTC +04:00)
Amerika nüvə qüvvələrində hərbi intizamın kobud şəkildə pozulması, yaranmış qalmaqalın miqyası son zamanlar güman olunduğundan daha çox olub.
ABŞ-ın raket bazalarında hər beşinci zabit komandanlığını aldadıb

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Amerika nüvə qüvvələrində hərbi intizamın kobud şəkildə pozulması, yaranmış qalmaqalın miqyası son zamanlar güman olunduğundan daha çox olub. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən məlumat verir.

ABŞ Hərbi Hava qüvvələrinin naziri Debora Li Ceymsin yanvarın 30-da bildirdiyinə görə, Montana ştatında Malmstrom raket bazasındakı 92 zabit peşə yararlığının yoxlamaları zamanı komandanlığı aldadıb.

Bir həftə öncə Pentaqon vəzifəsinin icrasından kənarlaşdırılan 34 nəfər intizamı pozanlar haqqında danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti