...

Aİ-nin Məsləhət qrupu Ermənistanda öz fəaliyyətini dayandıracaq

Dünya xəbərləri Materials 5 Fevral 2014 13:21 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) Məsləhət qrupu Ermənistanda öz fəaliyyətini dayandıra bilər. Qrupun yazda başa çatacaq mandatı uzadılmayacaq.
Aİ-nin Məsləhət qrupu Ermənistanda öz fəaliyyətini dayandıracaq

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Avropa İttifaqının (Aİ) Məsləhət qrupu Ermənistanda öz fəaliyyətini dayandıra bilər. Qrupun yazda başa çatacaq mandatı uzadılmayacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Mediamaks" xəbər yayıb.

Məsləhət qrupunun nümayəndəsi "Mediamaks"la söhbətində mandatın tezliklə başa çatacağını, onun uzadılacağı və ya başa çatacağı barədə yekun qərarın isə fevralın sonlarında qəbul ediləcəyini bildirib.

Qrup Ermənistanın nazirlik və idarələri ilə aşağıdakı sahələr üzrə əməkdaşlıq edir: antikorrupsiya strategiyası, effektiv iadrəetmə (inzibati islahatlar), insan haqları, borcların idarə olunması, səmərəli gömrük inzibatçılığı və s..

Həmçinin qrup Aİ ilə dərin və hərtərəfli azad ticarət zonalarının yaradılması haqqında sazişin imzalanması üzrə danışıqların gedişinə əhəmiyyətli yardım göstərib. Sazişin imzalanması məsələsi Ermənistanın Gömrük İttifaqına qoşulmasından sonra gündəlikdən çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti