...

Putinin köməkçisi: Ukraynanın federativ dövlət quruluşuna keçməsi ölkədə qarşıdurmanı aradan qaldıracaq

Dünya xəbərləri Materials 6 Fevral 2014 14:15 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Sergey Qlazyev hesab edir ki, Ukrayna federativ dövlət quruluşuna keçməlidir.
Putinin köməkçisi: Ukraynanın federativ dövlət quruluşuna keçməsi ölkədə qarşıdurmanı aradan qaldıracaq

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Sergey Qlazyev hesab edir ki, Ukrayna federativ dövlət quruluşuna keçməlidir.

Trend-in cümə axşamı UNİAN-a istinadən verdiyi məlumata görə, o bunu "Kommersant Ukrayna"ya müsahibəsində deyib.

S.Qlazyev bildirib ki, Ukraynanın dağılması Rusiya üçün sərfəli deyil.

Onun sözlərinə görə, Ukraynanın federativ dövlət quruluşu ilə idarə edilməsi ölkənin bölünməsinə səbəb olmayacaq, əksinə mövcud qarşıdurmanı aradan qaldıracaq.

Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb. Müxalifətin yanvarın 19-da Kiyevdə keçirdiyi növbəti xalq nümayişi zamanı radikallarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İştişaşlar nəticəsində 3 nəfər həlak olub. Müxalifət hökumətin istefasını və avrointeqrasiyanın davam etdirilməsini tələb edir.

Ukrayna Prezidenti Viktor Yanukoviç Nikolay Azarovun Baş nazir vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti də istefaya göndərilib. Hazırda Baş nazirin səlahiyyətlərini Baş nazirin I müavini Sergey Arbuzov icra edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti