...

Krımda Ukraynanın dövlət orqanlarının fəaliyyəti dayandırılır

Dünya xəbərləri Materials 17 Mart 2014 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend/

Krım ərazisində Ukraynanın dövlət orqanlarının fəaliyyəti dayandırılır. Fevralın 21-dən sonra qəbul edilən qanunvericilik və Ali Radanın qərarları qüvvədə deyil. Bu barədə Krım Ali Şurasının qəbul etdiyi qərarda deyilir. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.

Sənəddə deyilir: "Krım ərazisində Ukraynanın dövlət orqanlarının fəaliyyəti dayandırılır, onların səlahiyyətləri, əmlakları və pul vəsaitləri Krım Respublikası hökuməti tərəfindən müəyyən edilən Krım Respublikasının dövlət orqanlarına keçir".

Qərara görə, bu gündən Krımda "Ukrayna qanunvericiliyi tətbiq edilmir, Ukrayna Ali Radasının və Ukraynanın digər dövlət orqanlarının fevralın 21-dən sonra qəbul edilən qərarları icra edilmir".

Qərarda göstərilir ki, yuxarıda sadalananlardan başqa qanunvericilikləri Krım ərazisində Krımın müvafiq normativ aktlarınadək tətbiq edilir.

Fevralın 22-də Ukraynada hakimiyyət dəyişikliyi baş verib.

Xatırladaq ki, martın 16-da Krımın statusu haqqında referendum keçirilib. Son məlumatlara görə, seçicilərin demək olar ki, 96 faizi muxtar respublikanın Rusiyaya birləşdirilməsinin lehinə səs verib.

Dünyanın bir çox ölkələri referendumun nəticələrinin tanınmamasına dair bəyanatlarla çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti