...

Türkiyənin inkişaf naziri İrana səfər edəcək

Dünya xəbərləri Materials 14 Aprel 2014 02:27 (UTC +04:00)
İran-Türkiyə iqtisadi komissiyasının həmsədri olan Türkiyənin inkişaf naziri Cevdet Yılmaz çərşənbə axşamı İrana rəsmi səfər edəcək.
Türkiyənin inkişaf naziri İrana səfər edəcək

Azərbaycan, Bakı, 14 aprel / Trend /

İran-Türkiyə iqtisadi komissiyasının həmsədri olan Türkiyənin inkişaf naziri Cevdet Yılmaz çərşənbə axşamı İrana rəsmi səfər edəcək. Bu barədə Trend PressTV telekanalına istinadən məlumat verir.

Yılmaz komissiyanın 24-cü iclasında iştirak etmək üçün gələn 100 türk iş adamları və sərmayəçilərdən ibarət nümayəndə heyətinə rəhbərlik edəcək.

Nazir İran rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, eləcə də Təbriz və Urmiya şəhərlərinə gedəcək.

Xəbər lenti

Xəbər lenti