Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir R.Hafizoğlu/
"Türk Hava Yolları" (THY) İraqa uçuşları 2 gün müddətinə tamamilə dayandırıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verib. Məlumata əsəsən, 29 və 30 aprel tarixlərinə bütün reyslər ləğv edilib.
Qəzetin məlumatına əsasən, İraqa uçuşların dayandırılmasına əsas səbəb kimi aprelin 30-da bu ölkədə keçiriləcək parlament seçkiləri göstərilir.
Uçuşların təhlükəsizlik məqsədi ilə dayandırıldığı bildirilir.
29 və 30 aprelə nəzərdə tutulan reyslərin başqa tarixə keçirilməsi barədə məlumat yoxdur.