...

XİN: ATƏT-in saxlanılmış müşahidəçiləri ilə əlaqə yaratmaq mümkün olub

Dünya xəbərləri Materials 2 May 2014 15:49 (UTC +04:00)
Qərb ölkələrinin nümayəndələri Ukraynanın şərqində saxlanılmış ATƏT müşahidəçiləri ilə ilk dəfə əlaqə qurmağa müvəffəq olublar.
XİN: ATƏT-in saxlanılmış müşahidəçiləri ilə əlaqə yaratmaq mümkün olub

Azərbaycan, Bakı, 2 may /Trend/

Qərb ölkələrinin nümayəndələri Ukraynanın şərqində saxlanılmış ATƏT müşahidəçiləri ilə ilk dəfə əlaqə qurmağa müvəffəq olublar. Trend-in cümə günü İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi jurnalistlərə deyib.

Nümayəndə bildirib ki, onların azad edilməsi ilə bağlı danışıqları ATƏT aparır.

Qeyd edək ki, ötən həftənin sonunda ATƏT-in hərbi missiyasının 11 nümayəndəsi yerli separatçılar tərəfindən saxlanılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti