...

Türkiyə XİN rəhbəri ABŞ vitse-prezidentinin Kiprə səfərini "tarixi addım" adlandırıb

Dünya xəbərləri Materials 24 May 2014 00:04 (UTC +04:00)
Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu Ankarada qırğızıstanlı həmkarı Erlan Abdıldayevlə görüşüb.
Türkiyə XİN rəhbəri ABŞ vitse-prezidentinin Kiprə səfərini "tarixi addım" adlandırıb

Azərbaycan, Bakı, 24 may /Trend/

Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu Ankarada qırğızıstanlı həmkarı Erlan Abdıldayevlə görüşüb. Görüşün sonunda nazirlər birgə mətbuat konfransında çıxış ediblər və Davudoğlu bəyan edib ki, ABŞ vitse-prezidenti Co Baydenin Kiprə səfəri "tarixi bir addım"dır. Trend TRT telekanalının saytına istinadən bu barədə məlumat verir.

"Bizim nöqteyi-nəzərdən Kipr tərəflərinə bərabər yanaşmanı göstərən müsbət yönəltmə edilib ", - nazir deyib.

"Mavi Mərmərə" gəmisinə hücumu zamanı xəsarət alanlara və həlak olan Türkiyə vətəndaşlarının ailələrinə kompensasiyaların ödənilməsi barədə Türkiyə ilə İsrail arasında danışıqlara toxunaraq, Davudoğlu "Mavi Mərmərə"yə basqın faktı üzrə işin dayandırılmasını istisna edib.

Davudoğlu bildirib ki, xəsarət alanlara və hücum qurbanlarının ailələrinə kompensasiyanın ödənilməsi o qədərdə əhəmiyyət kəsb etmir, ona görə ki, bu hadisə ilə əlaqədar sanksiyalar tətbiq edilməlidir.

Xəbər lenti

Xəbər lenti