...

Fransanın eks-prezidenti Nikola Sarkozi saxlanılıb

Dünya xəbərləri Materials 1 İyul 2014 12:12 (UTC +04:00)
Fransanın sabiq prezidenti Nikola Sarkozi Fransa polisinin korrupsiyaya qarşı mübarizə şöbəsi tərəfindən istintaqa cəlb olunub.
Fransanın eks-prezidenti Nikola Sarkozi saxlanılıb

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Fransanın sabiq prezidenti Nikolya Sarkozi Fransa polisinin korrupsiyaya qarşı mübarizə şöbəsi tərəfindən istintaqa cəlb olunub.

Trend-in "İTAR-TASS"-a istinadən verdiyi xəbərə görə, eks-prezidentin avtomobili Nant şəhərinin hüquq polisi bölməsinə gəlib.

Hüquqi mənbələrdən verilən məlumata görə, Nikola Sarkozi nəzərat altına alınıb.

Sabiq prezidentin nəzarət altına alınması müasir Fransa tarixində ilk haldır.

Bu cür rejim 24 saatlıq həbs nəzərdə tutur. Gələcəkdə bu həbs eyni müddətə yenilənə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti