...

BMT Baş katibi tərəfləri Dağlıq Qarabağ münaqişəsində atəşkəsə əməl etməyə çağırıb

Dünya xəbərləri Materials 5 Avqust 2014 04:19 (UTC +04:00)
BMT-nin Baş katibi Pan Gi Mun Dağlıq Qarabağ münaqişəsinin tərəflərini atəşkəs haqqında razılaşmaya əməl etməyə və zorakılıqdan çəkinməyə çağırıb.
BMT Baş katibi tərəfləri Dağlıq Qarabağ münaqişəsində atəşkəsə əməl etməyə çağırıb

Azərbaycan, Bakı, 5 avqust/Trend/

BMT-nin Baş katibi Pan Gi Mun Dağlıq Qarabağ münaqişəsinin tərəflərini atəşkəs haqqında razılaşmaya əməl etməyə və zorakılıqdan çəkinməyə çağırıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə ümumdünya təşkilatının rəsmi nümayəndəsinin bazar ertəsi yaydığı bəyanatında deyilir.

"O (Pan Gi Mun), bütün tərəfləri atəşkəs haqqında sazişə hörmət etməyə və gələcəkdə zorakılıqdan çəkinməyə, həmçinin dialoqu davam etdirməyə çağırır", - bəyanatda bildirilir.

Baş katib, sənədə əsasən, Minsk qrupu həmsədrlərinin səylərini tam dəstəklədiyini bildirib, münaqişə zonasında gərginliyin artması ilə bağlı son günlər öz narahatlığı ilə bölüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti