...

ABŞ vitse-prezidenti Türkiyə prezidentindən üzr istəyib

Dünya xəbərləri Materials 5 Oktyabr 2014 03:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

ABŞ vitse-prezidenti Cozef Bayden Harvard universitetindəki nitqinə görə Ərdoğandan üzr istəyib. Trend Anadolu agentliyinə istinadən bu barədə məlumat verir.

Ağ evin bildirdiyinə görə, Bayden bundan bir gün əvvəl Türkiyə prezidenti haqqında dediyinə aydınlıq gətirmək üçün Ərdoğana zəng edib.

Vitse-prezident Türkiyə hökumətinin ünvanına və ya regionun digər ölkələrinin hakimiyyətinə, guya onlar tərəfindən"İslam dövləti"nə dəstək verdikləri üçün ittiham kimi qəbul edilə bilən ifadələrə görə üzr istəyib.

Məlumatda deyilib: "İki lider Türkiyə və ABŞ-ın İD-ə qarşı mübarizədə əməkdaşlığın vacibliyini təsdiqləyiblər".

Xəbər lenti

Xəbər lenti