...

Zuqdididə baş verən partlayış nəticəsində Abxaziyanın dövlət təhlükəsizlik xidmətinin zabiti həlak olub

Dünya xəbərləri Materials 28 Oktyabr 2014 08:08 (UTC +04:00)
Zuqdidi şəhərində ofisdə partlayış zamanı Abxaziya Muxtar Respublikasının Dövlət təhlükəsizlik xidmətinin bir əməkdaşı həlak olub.
Zuqdididə baş verən partlayış nəticəsində Abxaziyanın dövlət təhlükəsizlik xidmətinin zabiti həlak olub

Gürcüstan, Tbilisi, 28 oktyabr /Trend, müxbir N.Kirtsxalia/

Zuqdidi şəhərində ofisdə partlayış zamanı Abxaziya Muxtar Respublikasının Dövlət təhlükəsizlik xidmətinin bir əməkdaşı həlak olub. Gürcüstan DİN-in məlumatına görə, partlayış bu gecə baş verib və təhlükəsizlik xidmətinin binasında olan departament rəhbəri ölüb.

DİN-in ali məmurları yerlərində olublar.

Bu müddətdə ekspertlər tərəfindən partlayıcı qurğunun qalıq hissələri tapılmayıb. İlkin məlumatlara görə, suyu qızdırmaq üçün bak partlayıb.

Faktla bağlı istintaq aparılır.

Bu insident çərşənbə axşamı Gürcüstan Təhlükəsizlik Şurasının iclasında baxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti