...

Səfir: Ukraynada seçkilər Rusiyanın ssenarisi ilə keçmədi

Dünya xəbərləri Materials 5 Noyabr 2014 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

"Kiyev özünü Ukraynadan ayırmış Donbası kəsib atmaq niyyətində deyil. Hökumət bu regionun dinc sakinlərinə humanitar yardım göstərməkdə davam edir". Trend xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ölkədə keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransında deyib.

Səfir bildirib: "Eləcə də regionlar arasında qarşılıqlı anlaşma, onların enerji təminatı, maliyyələşdirilmə məsələlərinə də baxılır".

Ali Radaya keçirilən seçkilərin yekunlarından danışarkən diplomat bildirib ki, bu gün vəziyyət elədir ki, parlamentə keçən partiyalardan koalisiya yaradılacaq.

Onun sözlərinə görə, ilk dəfə kommunistlər Ukrayna parlamentində təmsil olunmayacaqlar. Çünki onlar əhalinin etimadını tamam itiriblər: "Ukraynada seçkilər Rusiyanın ssenarisi ilə keçmədi. Kremlə dağılmış Ukrayna lazımdır, hakimiyyətə etimadsızlıq lazımdır, lakin bu, olmayacaq".

Oktyabrın 26-da Ukraynada parlament seçkiləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti