...

Sent-Luisin polis rəisi Ferqyusondakı iğtişaşlara sərt reaksiya verməyə söz verib

Dünya xəbərləri Materials 25 Noyabr 2014 22:49
Sent-Luis (Missuri ştatı) şəhərinin polis idarəsinin rəisi bildirib ki, Ferqyusonda ötən gecə baş vermiş kütləvi iğtişaşlarla bağlı polis belə olacağı halda, növbəti axşam və gecə daha sərt tədbirlərə əl atacaq.
Sent-Luisin polis rəisi Ferqyusondakı  iğtişaşlara sərt reaksiya verməyə söz verib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Sent-Luis (Missuri ştatı) şəhərinin polis idarəsinin rəisi bildirib ki, Ferqyusonda ötən gecə baş vermiş kütləvi iğtişaşlarla bağlı polis belə olacağı halda, növbəti axşam və gecə daha sərt tədbirlərə əl atacaq. Trend TASS agentliyinə istinadən bu barədə məlumat verir.

"Biz erkən iğtişaşların qarşısını almaq niyyətindəyik, - o, bildirib. Biz bunun üçün kifayət qədər ehtiyatlara malikik", - Sem Dotson bildirib.

Polis həmçinin əlavə edib ki, cinayətkarlar Ferqyusondakı etirazları kriminal məqsədlər üçün istifadə ediblər. Onun sözlərinə görə, "ötən gecədəki hadisələri cinayətkarlar öz kriminal məqsədləri üçün istifadə ediblər".

Hazırda Sent-Luis və Ferqyusonda vəziyyət sabit saxlanılır. Ötən gecə şəhərdə və onun ətrafındaki iğtişaşları bir çox evlərdəki sındırılmış pəncərələr, həmçinin bir neçə yandırılmış binalar və avtomobillər göstərir.

Etiraz kütləvi ictimai asayişin pozulmasına, polislə toqquşmalara çevrildi. Soyğunçuların dağıdılması üçün polis gözyaşardıcı qaz tətbiq etmək məcburiyyətində qaldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti