...

Monserrat Kabalye 750 min avroya azadlığı aldı

Dünya xəbərləri Materials 23 Dekabr 2014 21:57 (UTC +04:00)
İspaniya opera ifaçısı Monserrat Kabalye həbsxana cəzasından qaçmaq üçün Kataloniya prokurorluğu ilə razılığa gəlib.
Monserrat Kabalye 750 min avroya azadlığı aldı

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

İspaniya opera ifaçısı Monserrat Kabalye həbsxana cəzasından qaçmaq üçün Kataloniya prokurorluğu ilə razılığa gəlib. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, vergilərdən yayınmadan təqsirli bilinən Kabalye yarımillik həbs cəzası şərti cəza ilə dəyişdirilib.

Bunun müqabilində opera ifaçısı İspaniya dövlət büdcəsinə iki transferlə 508 min avro ödəyib və bundan sonra da 250 min avro məbləğində cərimə ödəməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti