...

Davudoğlunun erməni müşaviri məhkəməyə çağırılıb

Dünya xəbərləri Materials 27 Dekabr 2014 12:06 (UTC +04:00)
Türkiyə Baş nazirinin milliyyətçə ermməni olan baş müşaviri Etyen Mahçupyan məhkəməyə çağırılıb.
Davudoğlunun erməni müşaviri məhkəməyə çağırılıb

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Baş nazirinin milliyyətçə erməni olan baş müşaviri Etyen Mahçupyan məhkəməyə çağırılıb. Bu barədə Trend şənbə günü Haber7 telekanalına istinadən xəbər verir.

Mahçupyan bu yaxınlardakı korrupsiya qalmaqalı ilə bağlı iş üzrə ifadə verib.

Xatırladaq ki, 2013-cü il dekabrın 17-də İstanbul və Ankarada keçirilmiş xüsusi əməliyyat nəticəsində onlarla insan, o cümlədən iş adamları və bəzi nazirlərin oğulları saxlanılmışdı. Onlar korrupsiya, qaçaqmalçılıq və narkotik vasitələrin reallaşdırılması ittihamı üzrə saxlanılmışdılar.

Türkiyə prokurorluğu bu ilin fevralında saxlanılanların azad edilməsi barədə qərar qəbul etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti