...

İstanbulda bir ay ərzində üçüncü antiterror əməliyyatı keçirilir

Dünya xəbərləri Materials 23 Yanvar 2015 10:54 (UTC +04:00)
İstanbulda polis bir ay ərzində üçüncü antiterror əməliyyatı keçirir. Bu barədə Trend cümə günü "Haber7" telekanalına istinadən xəbər verir.
İstanbulda bir ay ərzində üçüncü antiterror əməliyyatı keçirilir

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

İstanbulda polis bir ay ərzində üçüncü antiterror əməliyyatı keçirir. Bu barədə Trend cümə günü "Haber7" telekanalına istinadən xəbər verir.

Əməliyyat İstanbulun bir neçə rayonunda aparılır və artıq saxlanılanlar var. əməliyyatlın digər təfsilatları haqqında məlumat verilmir.

İstanbulda yanvarın 15-də "Əqrəb" adı altında keçirilən ikinci əməliyyat şəhərin altı rayonunu əhatə edib.

İstanbul polisi yanvarın 12-də ayın və ilin ilk antiterror əməliyyatını keçirib. Şəhərin müxtəlif rayonlarında keçirilən əməliyyatda ölkə kəşfiyyatının bölmələri də iştirak edib. Əməliyyat zamanı saxlanılan şəxslərin sayı açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti