...

Ərdoğan: Gülən hərəkatı Türkiyəyə PKK-dan daha çox ziyan vurub

Dünya xəbərləri Materials 10 Fevral 2015 11:52 (UTC +04:00)
Fətullah Gülən hərəkatı Türkiyənin maraqlarına terrorçu Kürdüstan Fəhlə Partiyasından (PKK) daha çox ziyan vurub.
Ərdoğan: Gülən hərəkatı Türkiyəyə PKK-dan daha çox ziyan vurub

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Fətullah Gülən hərəkatı Türkiyənin maraqlarına terrorçu Kürdüstan Fəhlə Partiyasından (PKK) daha çox ziyan vurub. Çərşənbə axşamı Trend "Milliyet" qəzetinə istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı bildirib ki, Türkiyə ordusu ilə PKK yaraqlıları arasında silahlı toqquşmaların olmasına baxmayaraq, bu təşkilat Fətullah Gülən hərəkatının etdiyi kimi Türkiyəni ləkələmə kampaniyası aparmayıb.

Ərdoğan bildirib ki, Türkiyə Gülən hərəkatı ilə mübarizəni davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti