...

Türkiyədə hüquq müdafiəçiləri əhalinin təhlükəsizliyi üzrə islahatlara qarşıdırlar

Dünya xəbərləri Materials 16 Fevral 2015 15:30 (UTC +04:00)
Türkiyədə hüquq müdafiəçiləri əhalinin təhlükəsizliyinin təmin edilməsinə yönəldilmiş islahatların əleyhinədirlər.
Türkiyədə hüquq müdafiəçiləri əhalinin təhlükəsizliyi üzrə islahatlara qarşıdırlar

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə hüquq müdafiəçiləri əhalinin təhlükəsizliyinin təmin edilməsinə yönəldilmiş islahatların əleyhinədirlər.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, bu gün mindən çox hüquq müdafiəçisi Ankarada prezident sarayının qarşısında etiraz aksiyası keçirəcəklər.

Aksiya "Hüquq müdafiəçiləri polis dövlətinə qarşıdır" şüarı altında baş tutacaq.

Qeyd edək ki, daha əvvəl Türkiyənin Baş naziri Əhməd Davudoğlu bəyan etmişdi ki, ölkədə əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra islahatlar keçiriləcək.

Onun sözlərinə görə, islahatlara uyğun olaraq dövlətçiliyin əleyhinə yönələn, həmçinin vətəndaşların həyatını təhlükə qarşısında qoyan istənilən aksiyanın keçirilməsi qadağan ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti