...

Ukrayna Rusiya vətəndaşları üçün daxili pasport ilə girişi ləğv edib

Dünya xəbərləri Materials 1 Mart 2015 15:22 (UTC +04:00)
Ölkəyə giriş qaydalarını sərtləşdirən qanun martın 1-dən qüvvəyə minir
Ukrayna Rusiya vətəndaşları üçün daxili pasport ilə girişi ləğv edib

Azərbaycan, Bakı, 1 mart /Trend/

Ukrayna Rusiya vətəndaşları üçün daxili pasport ilə girişi ləğv edib. Ölkəyə giriş qaydalarını sərtləşdirən qanun martın 1-də qüvvəyə minir.

Trend Lenta.ru portalına istinadan məlumat verir ki, Rusiya vətəndaşları Ukrayna ərazisinə aşağıda qeyd olunan sənədlərlə daxil ola bilərlər: xarici pasport; diplomatik pasport; xidməti pasport; dənizçi pasportu; giriş üçün arayış; Rusiya Federasiyasına qayıdış haqqında arayış; təyyarədə uçuş ekipajı üzvünün arayışı.

Ukraynaya martın 1-inə qədər daxil olan Rusiya vətəndaşları ölkələrinə üzərlərində olan sənədlərlə qayıda bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti