...

Braziliyida baş verən vertolyot qəzasında San-Paulu ştatının qubernatorunun oğlu da olub

Dünya xəbərləri Materials 3 Aprel 2015 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Braziliyanın Braueri şəhərində baş verən vertolyot qəzasında ölən şəxslər arasında San-Paulu ştatının qubernatorunun oğlu da olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bir evin damına düşən vertolyotda olan beş nəfərin hamısı ölüb. Qubernator Jeraldu Alkminin 31 yaşlı kiçik oğlu Tomas Alkmin qəzaya uğrayan "ES-155" vertolyotunun ikinci pilotu olub.

Polisdən bildiriblər ki, vertolyotun çırpıldığı ev hələ məskunlaşmayan yarımtikili olub.

Braziliya prezidenti Dilma Russef hadisə ilə bağlı qubernatorun və digər qurbanların ailəsinə başsağlığı verib. Ölkənin aviasiya strukturları hadisənin təfərrüatları ilə bağlı araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti