Azərbaycan, Bakı, 8 aprel /Trend/
Rusiya "Metsamor" AES-in enerji blokunun istismar müddətini uzatmaq üçün Ermənistana maliyyə yardımı göstərəcək.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında deyib.
Qeyd edək ki, "Metsamor" AES 1970-ci ildə tikilib.