...

Amerikalı milyarder Donald Tramp prezident seçkilərində iştirak etmək niyyətini açıqlayacaq

Dünya xəbərləri Materials 16 İyun 2015 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Amerikalı milyarder Donald Tramp bu gün 2016-cı il prezident seçkilərində iştirak etmək niyyətini açıqlayacaq. Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, bununla əlaqədar amerikalı biznesmen müvafiq bəyanatla çıxış edəcək.

O, bununla bağlı "Twitter" səhifəsində yazıb: "Sabah Amerika üçün həqiqətən də böyük gün olacaq. Amerikanı yenidən böyük ölkə edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti