Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Yelena Kosolapova/
"Çox güman ki, Serj Sarkisyan rejimi ən yaxın vaxtlarda süqut edəcək". Bunu Trend-ə "Qafqaz beynəlxalq geotarix və geosiyasi araşdırma mərkəzi" assosiasiyasının prezidenti, tarix elmlər doktoru, professor Quram Marxuliya deyib.
Onun sözlərinə görə, Sarkisyan rejimi I Avropa Oyunlarının başa çatmasınadək süqut edəcək və hakimiyyətə yeni siyasi qüvvələr gələcəklər: "Ermənistandakı etirazlar siyasi problemlərlə bağlıdır".
Q.Marxuliya qeyd edib ki, Ermənistan hakimiyyəti sərhəddə, eləcə də Dağlıq Qarabağda qoşunların təmas xəttində təxribatlar törətməklə xalqın diqqətini etirazlardan yayındırmağa çalışa bilər: "Bu baxımdan Ermənistan və Gürcüstan arasında hansısa problemlərin ola biləcəyini istisna etmirəm. Azərbaycan və Gürcüstan hərbi sahədə məsələlərin həllinə hazır olmalıdırlar".
Ekspert diqqətə çatdırıb ki, Azərbaycan hansı gücə və imkanlara malik olduğunu dünya ictimaiyyətinə nümayiş etdirdi: "Azərbaycan Dağlıq Qarabağı qaytarmaq gücündədir".
Onun sözlərinə görə, Ermənistandakı hadisələr göstərir ki, ölkə Rusiyanın geosiyasi təsirindən çıxaraq Qərbin təsir dairəsinə keçir: "Hadisələrin inkişafı ölkənin yeni sahibinin qərarlarından asılı olacaq. Ermənistanın özü heç nəyə qərar vermir. Onun yeni müttəfiqləri nə desə, Ermənistan da onu edəcək".