Azərbaycan, Bakı, 28 iyul /Trend/
Yerevanda "Ayağa qalx, Ermənistan" hərəkatı davam etməkdədir. Etirazçılar aksiyanı Amiryan və Koxbatsu küçələrinin kəsişməsində davam etdiriblər.
Trend-in News.am saytına istinadən verdiyi məlumata əsasən, polis etirazçıların güc tətbiq edərək qarşılarını alıb və səkiyə tərəf sıxışdırıb.
Qeyd edək ki, "Ayağa qalx, Ermənistan" hərəkatı avqustun 1-dək elektrik enerjisi tarifləri barədə qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər.