Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvü olmaq niyyətindədir. Trend-in "Kanal7" telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çinə səfəri zamanı deyib.
O bildirib ki, Hindistan və Pakistan ŞƏT-ə qoşulmaq qərarına gəldikdən sonra bu struktur Türkiyə üçün xüsusi əhəmiyyət daşımağa başlayıb.