Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə İŞİD terror təşkilatı ilə mübarizəni davam etdirmək niyyətindədir.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, İŞİD döyüşçülərindən azad edilmiş Suriya ərazilərində mötədil müxalif qüvvələr yerləşdirilə bilər: "Bundan başqa, Suriya qaçqınları bu ərazilərə qayıda bilər".