...

Türkiyədə törədilən terror aktında 8 əsgər şəhid oldu

Dünya xəbərləri Materials 19 Avqust 2015 17:51 (UTC +04:00)
Türkiyədə bu gün Siirtdə törədilən terror aktında 8 əsgər şəhid olub. Trend bu barədə "Milliyyət" qəzetinə istinadən xəbər verir.
Türkiyədə törədilən terror aktında 8 əsgər şəhid oldu

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Türkiyədə bu gün Siirtdə törədilən terror aktında 8 əsgər şəhid olub. Trend bu barədə "Milliyyət" qəzetinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, PKK terrorçularının Siirt vilayətinin Şirvan və Pervari rayonları arasındakı yolda yerləşdirilən bombanın uzaqdan işə salınması ilə baş verən terror aktında 8 əsgər şəhid olub.

Yerli qurumların verdiyi məlumatlara görə, hərbi maşın həmin yoldan keçərkən bomba işə salınıb.

Məlumatda yaralı əsgərlərin də olduğu qeyd olunur.

Hadisə yerinə təcili-tibbi yardım maşınlarının gəldiyi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti