...

İsveçrədə çinli turistlər üçün ayrıca qatar xəttə buraxılıb

Dünya xəbərləri Materials 31 Avqust 2015 23:50 (UTC +04:00)
Mədəni ənənələrinə görə, İsveçrənin dağ kurort şəhərlərindən birində çinli turistlər üçün xüsusi qatar xəttə buraxılıb
İsveçrədə çinli turistlər üçün ayrıca qatar xəttə  buraxılıb

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Mədəni ənənələrinə görə, İsveçrənin dağ kurort şəhərlərindən birində çinli turistlər üçün xüsusi qatar xəttə buraxılıb. Trend bu barədə "Blick"-ə istinadən məlumat verir.

Qeyd edilir ki, Riqi kurortunun qonaqları dəfələrlə qatarlarda çinli turistlərin davranışından şikayət ediblər. Qonaqların qəzəbinə səbəb çinlilərin vaqon, keçid və qapılarda toplaşması, eləcə də asiyalıların kobud davranışı olub. Bəzi turistlər çinlilərin vaqonlara tüpürdüyünü iddia ediblər.

Yerli dəmiryol şirkətinin nümayəndəsinin sözlərinə görə, Asiyadan turist axını işləri qaydasına qoymağa imkan yaratsa da, onların təzyiqi əsl problemə çevrilib. Vəziyyətin düzəlməsi üçün Asiyadan olan turist qruplarına əlavə qatarlar təqdim olunub. Yeni qatarlar daha tez-tez təmizlənir və tualetlərdən istifadə üzrə ətraflı təlimatla təchiz olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti