...

Yalnız güclü İran Qərbi öhdəliklərini yerinə yetirməyə məcbur edə bilər - vitse-spiker (eksklüziv)

Dünya xəbərləri Materials 11 Oktyabr 2015 16:00 (UTC +04:00)
Birgə əməliyyat kompleks planının relizəsi İranın gələcək qüdrətindən əhəmiyyətli dərəcədə asılıdır.
Yalnız güclü İran Qərbi öhdəliklərini yerinə yetirməyə məcbur edə bilər - vitse-spiker (eksklüziv)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbirlər Təmkin Cəfərov, Elmira Tariverdiyeva/

Birgə əməliyyat kompleks planının realizəsi İranın gələcək qüdrətindən əhəmiyyətli dərəcədə asılıdır. Bu barədə Trend-ə İran parlamentinin vitse-spikeri Məhəmməd Həsən Əbutorabi Fard deyib.

Ali lider Ayətullah Seyid Əli Xameneyinin ölkənin gücünün artırılması istiqamətində daxili potensialdan istifadə etmək məsələsində israrı da onunla bağlıdır ki, yalnız güclü İran Qərbi öhdəliklərini yerinə yetirməyə məcbur edə bilər.

"ABŞ və onun müttəfiqlərini danışıqlar aparmağa və nisbətən yumşaq şərtlərə razılaşmağa məcbur edən tək amil İranın gücünə hörmətlə yanaşmaları ilə bağlıdır", - o deyib.

Əbutorabi Fard Qərbin regionda baş verən hadisələrin əsl mahiyyətini və İran İslam Respublikasının mövqeyini doğru anlayacağına ümid etdiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti