Azərbaycan, Bakı, 23 oktyabr /Trend/
Pakistanın Pəncab əyalətində 5,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.
Yeraltı təkanların ocağı 29,4 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.